Goranboy rayonu Qaramusalı və Muzdurlar bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib - Fotolar
YAP bütün sınaqlardan şərəflə çıxıb.
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Goranboy rayonu, Qaramusalı və Muzdurlar bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Mubarizciler.az xəbər verir ki, bu barədə YAP Goranboy rayon təşkilatının mətbuat xidməti məlumat yayıb.
YAP Goranboy rayon təşkilatının sədr müavini Cavid Mustafayev qeyd edib ki, ölkədə keçirilən seçkilərə diqqət yetirsək, ümumxalq və qələbələr partiyası olan YAP-ın zəngin seçki təcrübəsinə malik olduğunu qeyd edə bilərik: “Şübhə yoxdur ki, partiyamız qarşıdan gələn bələdiyyə seçkilərində də xalqın etimadı əsasında qalib olacaq”.
Görüşlərdə təşviqat qrupunun üzvləri - şəhid Əlövsət Məmmədovun həyat yoldaşı Rahinə Məmmədova, Səyad Quliyev və Sakit Məmmədov çıxışlarında xalqımızın Ulu Öndərin siyasətinə daim dəstək verdiyini xüsusi qeyd ediblər.
Bələdiyyə üzvlüyünə namizədlər Qaragöz Verdiyeva, Gülparə Aslanova və Nəzairə Diniyeva vurğulayıblar ki, YAP bələdiyyə seçkilərinə dərinləşən islahatlar kursu və onun uğurlu nəticələri ilə gedir.
Seçicilər Rais Əliyev, Reyhan Abdullayeva və Yaşa Əhmədov bələdiyyə seçkilərində zəfərlər partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Görüşdən sonra YAP Goranboy rayon təşkilatının sədr müavini Cavid Mustafayev və təşviqat qrupunun üzvləri rayonun Qaramusalı və Muzdurlar kənd sakinləri ilə fərdi görüş keçiriblər.
Xəbəri paylaş