Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Elçin Kərimov Göygöl rayonunda vətəndaşları qəbul edib - Fotolar

Tarix: 16-01-2025 17:06     Baxış: 1 099

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Göygöl rayonunda vətəndaş qəbulu keçirib. 

Keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, iş yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı müraciət ediblər. 

Mubarizciler.az xəbər verir ki, İdarə müdiri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aidiyyəti üzrə struktur bölmələrinin əməkdaşlarına tapşırıqlar verib.

Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov tərəfindən vətəndaş qəbulu hər həftənin cümə axşamı günü saat 15:00-dan 17:00-dək keçirilir. 

Qəbulda iştirak etmək istəyən şəxslər əvvəlcədən 146-0-2 Çağrı mərkəzinə və ya info@ganja.edu.gov.az elektron poçt ünvanına müraciət edə bilərlər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar