Xəbər lenti

Goranboy rayonu Düzqışlaq bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib - Fotolar

Tarix: 16-01-2025 16:57     Baxış: 182

Uğurların davamı naminə seçimimiz Yeni Azərbaycan Partiyasıdır!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Goranboy rayonu, Düzqışlaq bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Mubarizciler.az xəbər verir ki, bu barədə YAP Goranboy rayon təşkilatının mətbuat xidməti məlumat yayıb.

YAP Goranboy rayon təşkilatının sədr müavini Cavid Mustafayev Azərbaycanda yerli özünüidarəetmənin inkişafının diqqət mərkəzində olduğunu bildirib. O, YAP-ın seçki proqramında bu sahə ilə əlaqədar əsas hədəfləri diqqətə çatdıraraq “Heç şübhəsiz, Yeni Azərbaycan Partiyası növbəti dəfə qələbə qazanacaq və bütün hədəflər gerçəkləşdiriləcək”, - deyə vurğulayıb.


Təşviqat qrupunun üzvləri - şəhid Orxan Namazovun anası Nailə Məmmədova və Rəşad Məmmədov YAP-ın seçki platforması barədə ətraflı məlumat verib, yeni dövrdə qarşıya qoyulan hədəflərə nail olmaq üçün seçiciləri YAP-ın namizədlərini dəstəkləməyə çağırıblar.

Görüşdə çıxış edən bələdiyyə üzvlüyünə namizəd Mətin Papırlı göstərilən etimadı doğrultmağa çalışacağını söyləyib.

Seçicilərdən Sevda Əliyeva, Səhirəddin Cəfərov və başqaları çıxış edərək səsvermə günü partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər. Onlar öz çıxışlarını “Uğurların davamı naminə seçimimiz Yeni Azərbaycan Partiyasıdır!”- sözləri ilə yekunlaşdırıblar.

Qeyd edək ki, görüşdən sonra YAP Goranboy rayon təşkilatının sədr müavini Cavid Mustafayev və təşviqat qrupunun üzvləri Goranboy rayonunun Bağçakürd kəndinin seçiciləri ilə fərdi görüş də keçiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar