Orxan Abbasov səyyar qəbul keçirib - Fotolar
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 15.01.2025-ci il tarixdə Quşçu kəndində vətəndaşların səyyar qəbulunu keçirib.
Mubarizciler.az xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Quşçu kəndində keçirdiyi vətəndaşların səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
İcra başçısı Orxan Abbasov çıxışında Quşçu kənd sakinləri ilə dəfələrlə görüşdüyünü və həmin görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində müvafiq işlərin görüldüyünü bildirib. O qeyd edib ki, ötən dövrlərdə kənddə tam müasir tələblərə cavab verən 360 şagird yerlik yeni məktəb binası tikilmiş, uşaq bağçası əsaslı təmir edilmiş, kəndə gələn yol asfaltlanmış, abadlıq işləri aparılmış, əhalinin içməli su, qaz və elektrik enerjisi ilə fasiləsiz təmin olunması sahəsində problemlər aradan qaldırılmışdır. Rayon rəhbəri onu da vurğulayıb ki, ərazidə sosial yönümlü, xüsusilə turizmlə bağlı layihələrin icrası bundan sonra da davam etdiriləcəkdir.
Sonra sakinlərin müraciətləri dinlənilib.
İcra başçısı Orxan Abbasov müraciətlərdə qaldırılan məsələlərin icrası ilə əlaqədar aidiyyəti idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinə tapşırıq və tövsiyələrini verib, habelə izahat işləri aparıb. Bəzi müraciətlər yerində həll edilib. Araşdırılmasına əlavə ehtiyac olan və həlli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlər nəzarət qaydasında qeydiyyata götürülüb.
Qəbulda iştirak edən Quşçu kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Xəbəri paylaş