Seymur Orucov Ağstafa şəhərində növbəti dəfə vətəndaşları dinləyib - Fotolar
Ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı yerlərdə vətəndaşların səyyar qəbullarını davam etdirir. Mubarizciler.az xəbər verir ki, Seymur Orucov Ağstafa şəhər 2 nömrəli tam orta məktəb binasında keçirdiyi növbəti səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti strukturların rəhbər şəxsləri, eyni zamanda, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
RİH başçısı çıxış edərək Prezident İlham Əliyevin Azərbaycanın tərəqqisi və xalqımızın firəvanlığı naminə yürütdüyü uğurlu daxili və xarici siyasətdən, ölkəmizin dinamik sosial-iqtisadi inkişafından, hərbi qüdrətindən, höküm sürən sülh və əminəmanlıqdan söz açaraq qeyd edib ki, bütün sahələrdə əldə olunan uğurlar Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin təntənəsidir.
Səyyar qəbulda müxtəlif məzmunlu təklif və müraciətlərlə çıxış edən vətəndaşlar dinlənilib, onların qaldırdıqları hər bir məsələ qeydiyyata alınaraq nəzarətə götürülüb. Məsələlərin qanunamüvafiq qaydada həlli istiqamətində aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlar verilib.
Xəbəri paylaş