Əli İbrahimov: Hüquq xeyirxahlıq və ədalətlilik sənətidir. Lakin ədalətlilik hər şeydən ucadır və onu maksimum dərəcədə təmin etmək lazımdır 0

Hüquq xeyirxahlıq və ədalətlilik sənətidir. Lakin ədalətlilik hər şeydən ucadır və onu maksimum dərəcədə təmin etmək lazımdır.
Min illər bundan əvvəl cəmiyyətin hüquqi əsasını yaradan qədim Roma filosofları belə hesab edir, ümumbəşəri prinsipləri rəhbər tuturdular. Namuslu yaşamaq, başqasını incitməmək, hər kəsin qiymətini vermək, həmin filosofların hüquqa dair qaydaları belə idi.
Peşəkar, humanist və ədalətin keşikçisi, dərin zəka sahibləri cəmiyyətdə hər kəsə eyni münasibət bəslənməsi üçün daim hüquq ilə ədalət arasında tarazlıq tapmağa çalışıblar. Böyük bir kollektivdə rəhbər olaraq, RƏİS olan insanlar bu tarazlığı tapmaq üçün xüsusi səy göstərməli olurlar. Axı onlar öz işlərində düzgün və ədalətli qərar qəbul edilməsi zəruri olan hallarla hər gün üzləşirlər. Bu keyfiyyətə sonradan yiyələnmək mümkün deyil. İntellekt, dərin biliklər və humanizm isə insanın bu hissini daha da gücləndirir.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin Bakı İstintaq Təcridxanasının rəisi ədliyyə polkovniki Elnur İsmayılov mərd atası Nazim müəllim kimi məhz ədalət hissinin güclü olması ilə fərqlənən bir rəhbərdir. Bu insan özünün peşəkarlığı və humanizmi ilə Azərbaycan Ədliyyə sistemində böyük bir tarix yazır. Dövlətinə, Millətinə və Ali Baş komandanına sədaqətli rəhbər olaraq, cəza-icra siyasətini prinsipial icra edən Elnur müəllim Penitensiar sahədə digərlərinə örnək olan zəngin təcrübə, obyektivlik, ədalət prinsiplərinə sadiqlik və ən başlıcası yüksək əxlaqi keyfiyyətlər onu müdrik insan, gözəl ailə başçısı və öz işinin böyük peşəkarı kimi hər birimizin qəlbində böyük ürəkli rəhbər kimi xüsusi yeri vardır. Elnur müəllimin bir sözünü iki edəcək, onun əmr və göstərişlərinə laqeyid münasibət göstərəcək bir insan tapmaq olmaz. Çünki o, atdığı hər bir addımı illərcə qazandığı təcrübədən irəli gələn peşəkarlığı ilə düşünüb edir. Elnur müəllimin həyat təcrübəsi eyni zamanda bu gündə prinsipial rəhbərlərlə işləməsi Azərbaycan Ədliyyəsinin mehriban nəsli tərəfindən yaxşı tanımasına böyük bir stimul yaratmışdır. Bu gündə çox saylı əməkdaşlar xidmətlə bağlı prosessual məsələlərin incəliklərini məhz Elnur İsmayılovdan öyrənir, çətinliyə düşəndə məsləhət almaq üçün ona müraciət edirlər.
Xidmətin belə insanlara həmişə ehtiyacı var. Ədliyyə polkovniki Elnur İsmayılov bu həqiqəti öz həyatı ilə təsdiq edib, həmişə başqalarının ibrət götürməsi üçün nümunə olub, qəbul etdiyi qərarların müdrikliyi ilə fərqlənib, gənc nəslin peşəkarlıq baxımından inkişafı üçün həmişə onları lazımi səmtə istiqamətləndirib. Bu cür zəngin potensiala, tükənməz enerjiyə, böyük bilik və təcrübəyə malik, təmənnasız insanın tabeçiliyində xidmət etmək şərəfdir.
Xəbəri paylaş








































0772703001 