Xəbər lenti
22-09-2024, 20:46
 
22-09-2024, 20:43
 

Mahiyəddin Mazanov: Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır 0

Tarix: 16-02-2023 02:08     Baxış: 911

Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır

Azərbaycan-Türkiyə əlaqələri tarixən qədim köklərə ən ənənələrə malikdir. İki qardaş ölkə zamanın ağır sınaqlarından alnıaçıq çıxmış, dövrün çətinliklərinə çiyin-çiyinə sinə gərmişlər. Fevralın 6-da Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ fəlakəti Azərbaycan xalqını sarsıdıb və kədərləndirib. 

   Azərbaycan xalqı bu faciədən qardaş Türkiyə xalqı qədər acı çəkir. Möhtərəm Prezidentimiz fevralın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını bildirdi. Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığını çatdırdı, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirdi. Azərbaycan Prezidenti onu da vurğuladı ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Bu, bir daha iki qardaş ölkənin "bir millət, iki dövlət" olduğunun nümayişi oldu.

  Cənab Prezidentimiz İlham Əliyev aidiyyatı dövlət qurumlarına lazım olan köməyi göstərmək barədə tapşırıqlar verib. İlk olaraq peşəkar xilasetmə heyəti və tibbi heyəti Azərbaycandan qardaş Türkiyəyə yollanıb və bu gün Azərbaycan cəmiyyətində böyük yardım kampaniyası başlayıb və təbii ki, bu dəstək zəlzələnin fəsadları tam aradan qaldırılana qədər davam edəcək.

Qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələnin aradan qaldırılması ilə bağlı Azərbaycan dövlətinin və xalqımızın yardım aksiyası hadisənin ilk günündən ümumxalq işinə çevrildi.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının kədərinin bizim kədərimiz olduğunu qeyd etmiş, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulamışdır.

Sadə xalq da qardaş ölkəyə dar günündə bacardığı yardımı göstərməyə çalışır. Günlərdir bütün dünyada azərbaycanlıların mümkün şəkildə zəlzələ qurbanlarına yardım etməyə çalışdığını görürük. Bu cür həmrəyliyə daha əvvəl yalnız bir dəfə - İkinci Qarabağ müharibəsi zamanı şahid olmuşduq.

Fəlakətdən ötən üç gün ərzində Azərbaycan vətəndaşlarının Türkiyəyə xeyriyyə məqsədi ilə köçürdüyü vəsaitin milyon dollara çatdığı bildirilir. Humanitar yardım maşınlarının isə ardı-arası kəsilmir.

  İctimai təşkilatlar da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulublar.

 Özəl sektor da öz dəstəyini əsirgəmir. Özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlayıblar", - deyə o qeyd edib.

Nəticə etibarilə Azərbaycan dövləti bu çətin günlərdə Türkiyənin yanındadır və zəlzələdən zərər çəkənlərə öz yardımını edir. Azərbaycan xalqı hər zaman qardaş Türkiyənin yanındadır və bundan sonra da olacaq. Qırx dörd günlük İkinci Qarabağ müharibəsində bu birliyin ən yüksək zirvədə olduğunun bir daha şahidi olduq. Qardaş ölkələr arasında müttəfiqlik sənədinin Şuşada imzalanması dünyaya bu birliyin əsas göstəricilərindəndir. Hazırda bütün Azərbaycan cəmiyyəti və dövləti Türkiyədə baş verən dəhşətli yanğınları öz qəlbində hiss edir və əlindən gələn bütün vasitələrlə qardaş ölkəyə dəstək verir.

Türkiyə dövləti və xalqı bu çətin sınaqdan dostlarının, qardaşlarının dəstəyi ilə, xalqının birliyi ilə ayağa qalxaraq sarsılmaz Türkiyə olduğunu bir daha sübut edəcəkdir.

Türkiyə və Azərbaycan bir-birinə yardım etməyi özlərinə qardaş borcu hesab edirlər.

Yaşasın Azərbaycan –Türkiyə qardaşlığı  !

Tanrı Türkü Qorusun !


Mahiyəddin Mazanov,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar