Xəbər lenti

Naftalanda 31 dekabr ərəfəsində ağacəkmə aksiyası keçirilib - Fotolar

Tarix: 30-12-2024 17:23     Baxış: 1 239

Dünya Azərbaycanlılarının həmrəyliyi günü ilə əlaqədar Naftalanda “Yaşıl Dünya naminə Həmrəylik İli” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq növbəti ağacəkmə aksiyası keçirilib. Aksiyada ŞİH-nin başçısı Vüqar Novruzov, şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, ictimaiyyət nümayəndələri iştirak edib.

 Mubarizciler.az ın məlumatına görə, Aksiya zamanı şəhərin Heydər Əliyev prospektində həmişəyaşıl eldar şamı, kiparis və oleandr ağacları əkilib.

Qeyd edək ki, “Yaşıl Dünya naminə Həmrəylik İli” çərçivəsində il ərzində şəhər ərazisində yaşıllıqların artırılması məqsədilə səkkiz mindən artıq həmişəyaşıl şam ağacı, zeytun, kiparis, eldar şamı və digər dekorativ gül kolları əkilib. Eyni zamanda, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlər həyata keçirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar