Xəbər lenti
15-09-2025, 18:01
 
10-09-2025, 09:44
 

Təyyarə qəzasında həlak olan İbrahimov Ramin Şəmkirdə dəfn olunub - Fotolar

Tarix: 30-12-2024 13:54     Baxış: 889

AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Şəmkir rayon sakini Ramin İbrahimovla vida mərasimi keçirilib.

Mubarizciler.az xəbər verir ki, Mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin əməkdaşları, R.İbrahimovun doğmaları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Mərasimdən sonra Ramin İbrahimovun nəşi rayonun Yuxarı Seyfəli kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin digər bir Sərəncamı ilə Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinə - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar