Ceyhun Cahangirov: Azərbaycan hər zaman Türkiyənin yanında olacaq 0
Azərbaycan hər zaman Türkiyənin yanında olacaq
Türkiyədə 6 fevral tarixində əsrin ən faciəli hadisələrdən biri – dəhşətli zəlzələ hadisəsi baş verdi. Gecə saatlarında mərkəzi Kahramanmaraş olmaqla, 10 vilayətdə baş verən zəlzələlər nəticəsində on minlərlə insan həyatını itirdi, yuz minə yaxın insan yaralandı və dağıntılar altında qaldı. Türkiyənin cənub-şərqində baş verən zəlzələ 12 ballıq şkala ilə 7,7 bal gücündə olub. Bu zəlzələ nəticəsində Türkiyənin 10 şəhəri, əsasən, Kahramanmaraş, Elazığ, Şanlı Urfa, Adana, Hatay, Diyarbəkir, İsgəndərun və s. şəhərlərində neçə yaşayış binaları dağıntıya məruz qalıb hələ də dağıntılar arasından cansız bədənlərin və yaxud da sağ qalanların çıxarılması davam etdirilir.
Təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün bir çox ölkələr Türkiyəyə həm humanitar, həm də dağıntılar altında qalan insanların çıxarılması üçün hər cür dəstək göstərilir. Bu dəhşətli hadisəyə ilk səs verən qardaş Azərbaycan oldu. Azərbaycan və Türkiyə "Bir millət-iki dövlət" olaraq həm sevincli, həm də kədərli günlərdə bir birinin yanındadır. İki qardaş xalq və dövlət olaraq hər zaman bir yerdəyik.
Prezident İlham Əliyev zəlzələnin baş verdiyi gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etməsi və zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyi qeyd etməsi bir daha dediklərimizə misaldır.
Prezidenti İlham Əliyev fevralın 8-də isə Türkiyənin ölkəmizdəki səfirliyində olub, qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib. Dövlətimizin başçısı Azərbaycanın hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında olduğunu vurğulayıb: “Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik”.
Təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün Türkiyəyə ilk beynəlxalq yardımı Azərbaycan göndərdi. Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərliyi ilə zəlzlə bölgəsində səhra qərərgahı yaradıldı. “Biz özümüzü sizdən ayrı hesab etmirik. Çiyin-çiyinə çalışırıq və çalışacağıq”deyən nazir müavini bu günədək Azərbaycandan zəlzələ bölgəsinə TIR-larla, təyyarələrlə 5 624 çadır göndərildiyini söyləyib.Qeydedək ki, böyük çadırlar 30 nəfərlikdir. 25 minə yaxın adyal, eyni zamanda 401 ton tibbi ləvazimat, 1 200-dən çox generator göndərilib. Bəziləri böyük olduğu üçün təyyarə ilə yollanıldı. FHN-in xilasediciləri bu günədək zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 655 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Dərhal zəlzələ zonasına həkimlər, xilasedicilər, könüllülər göndərildi. Azərbaycan xalqı səfərbər oldu. Dövlətimizin başçısının tapşırığına əsasən xilasedicilərdən ibarət ilk qrup elə həmin gün zəlzələ bölkəzsinə yola düşdü. Eləcə də zərərçəkənlər üçün zəruri ləvazimatlar göndərildi. Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə fevralın 9-da Qaziantepə uçdu. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərildi. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxil idi. Eləcə də, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verd.
Hal hazırda Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülür. Zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycan dövlətinin və xalqının həyata keçirdiyi genişmiqyaslı yardım kampaniyasına qardaş ölkə mətbuatı da geniş yer ayırıb.
Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri fevralın 6-da qardaş ölkəyə yola düşüb. Həmin qüvvələrin tərkibinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki Müdafiə Qoşunları və Bakı Regional Mərkəzinin müvafiq şəxsi heyətləri daxildir. Axtarış-xilasetmə əməliyyatları üçün zəruri vasitələrlə, o cümlədən xüsusi təlim görmüş xilasetmə itləri ilə təmin olunmuş qüvvələr qardaş ölkədə geçə-gündüz iş başındadırlar.
Təbii fəlakətin fəsadlarının aradan qaldırılması ücün ikinci təyyarə ilə isə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar yola salınıb.Qeyd edək ki,bu günədək 34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyət qardaş ölkəyə gedib.
Həmçinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı da Türkiyəyə gedib.Müdafiə Nazirliyindən verilən məlumata görə, iyirmi nəfərdən ibarət heyət baş vermiş zəlzələdə xəsarət alan insanlara kömək etmək məqsədilə qardaş Türkiyədə fəaliyyət göstərəcək.
Zəlzələdə ölənlərin xatirəsini anmaq məqsədilə insanlar Türkiyənin ölkəmizdəki səfirliyinin qarşısında yaradılan xatirə guşəsinin önünə gül dəstələri düzdülər.
Eyni zamanda Türkiyənin Gəncədəki Baş konsulluğunun qarşısında da zəlzələ qurbanlarının xatirəsinə guşə yaradılıb. İctimaiyyət nümayəndələri, ziyalılar, şəhər sakinləri buranı ziyarət edərək gül dəstələri düzürlər.
Zəlzələ hamımızı kədərləndirsə də bir həqiqəti ortaya qoydu ki, Türkiyə-Azərbaycan münasibətləri bütün sınaqlar və bütün dövrlər üçün dünyaya örnək olacaq səviyyədədir. Biz qardaş xalq olaraq bu çətin günlərdə hər zaman qardaşlıq borcumuzu yerinə yetirib Türkiyənin yanında olacağıq. Azərbaycanla Türkiyə hər zaman bir-birinin yanındadır. Hər iki ölkəni tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır. Bugünkü münasibətlərimiz də böyük öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimizdir” və Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə əsaslanır. Azərbaycan xalqı olaraq qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının tezliklə aradan qaldırılmasını arzu edirik.
Ceyhun Cahangirov
YAP Goranboy rayon təşkilatının fəalı.
Xəbəri paylaş