Xəbər lenti

Azər Qocayev Aprel döyüşlərinin qazisi 2-ci qrup əlil Əlizadə Samir Buruz oğlunu ziyarət edib 0

Tarix: 15-02-2023 14:25     Baxış: 789

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı  Azər Qocayev Tərtər rayonun Suqovuşan  istiqamətində minaya düşərək ağır bədən xəsarətləri almış, Aprel döyüşlərinin qazisi 2-ci qrup əlil  Əlizadə Samir Buruz oğlunu ziyarət edib.

Mubarizciler.az xəbər verir ki, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı  Azər Qocayev Tərtər rayonun Suqovuşan  istiqamətində 24 noyabr 2022-ci il tarixdə  minaya düşərək ağır bədən xəsarətləri almış, Aprel döyüşlərinin qazisi  Əlizadə Samir Buruz oğlunu ziyarət edib.Görüşdə rayon rəhbəri qazinin ailə-məişət problemləri ilə maraqlanıb, qazinin  müraciəti dinlənilərək aidiyyatı qurumlar qarşısında məsələ qaldırılacağı bildirildi.Eyni zamanda görüşdə  Şanlı Zəfərimizdən söz açılmış,  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən ölkəmizdə aparılan uğurlu daxili  və xarici siyasətdən bəhs edilmişdir.Vurğulanmışdır ki, hər zaman şəhid ailələri, qazilər daima Dövlət başçısının, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi  diqqət və qayğısı ilə əhatə olunmuşdur. 

Qazi, 2-ci qrup əlil Əlizadə Samir Buruz oğlu Müzəffər Ali Baş Komandan,Prezident cənab   İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım  Əliyevaya şəhid ailələri və qazilərə göstərdikləri diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Əlazadə Samir Buruz oğlu Kəlbəcər rayon Ağdaban kənd sakinidir.O, 2016-ci ildə Aprel döyüşlərinin iştirakçısı olub.Xidməti vəzifəsini yerinə yetrərkən Füzuli  istiqamətlərində gedən döyüşdə qəlpə yarası alaraq yaralanıb. 24 noyabr 2022-ci il tarixdə isə  Tərtər rayonun Suqovuşan  istiqamətində minaya düşərək ağır bədən xəsarətləri almışdır.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar