Xəbər lenti

Daşkəsəndə antinarkotik təbliğatı çərçivəsində məktəblilərlə görüş keçirilib FOTO

Tarix: 28-12-2024 16:33     Baxış: 574

Daşkəsən Rayon Polis Şöbəsinin təçkilatçılığı ilə rayonun Əmirvar kənd tam orta məktəbində keçirilən görüşdə çıxış edən şöbənin rəisi polis polkovniki Seymur Əfəndiyəv bildirib ki, narkomaniya hazırda cəmiyyətin ən böyük qlobal problemlərindən biridir.

Son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizə xeyli gücləndirilib, sağlam həyat tərzinin təbliğ olunması, narkomanlıq və digər neqativ halların profilaktikası məqsədilə müxtəlif kollektivlər qarşısında, o cümlədən məktəblərdə görüşlər, müsabiqələr və digər tədbirlər keçirilməkdədir. Bu kimi tədbirlərin keçirilməsində məqsəd yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərmək, qanunazid əməllərin qarşısını almaq, məktəbliləri sağlam həyat tərzinə daha da həvəsləndirməkdir.

Görüşdə həmçinin DİN-in Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verilib, təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar