Xəbər lenti

Ağalar Vəliyev bayram münasibətilə 250 ailəni yad edib - Fotolar

Tarix: 26-12-2024 22:47     Baxış: 1 190

Deputat Ağalar Vəliyev bayram münasibətilə 250 ailəni sevindirib.

Mubarizciler.az ın məlumatına görə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə, Milli Məclisin deputatı, Azərbaycan   Ağsaqqallar Şurasının sədr müavini,  Ağalar Vəliyev tərəfindən Ucar, Yevlax, Goranboy, Tərtər və Bərdə rayonlarında yaşayan təqaüdçü və yaşlı insanlara 250 ədəd zəruri ərzaq məhsullarından ibarət bayram  sovqatı çatdırılıb. 

Bu xeyirxah addım sayəsində ərzaq sovqatı alan insanlar dövlətimizin başçısı,  cənab Prezident İlham Əliyevə  dərin minnətdarlıqlarını bildiriblər və  Ağalar Vəliyevin maddi dəstəyi və təşəbbüsü sayəsində uzun illərdən bəri  mütəmadi xarakter almış bu sosial yardımları  yüksək qiymətləndiriblər. 

Xeyirxahlıq və rəhmlilik prinsiplərinə əsaslanan bu gözəl təşəbbüs həmrəylik və birlik ruhunu daha da gücləndirir. 




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar