Xəbər lenti
22-09-2024, 20:46
 
22-09-2024, 20:43
 

SON DƏQİQƏ: 20 000 manat ziyan vuran dəstə saxlanıldı - FOTO 0

Tarix: 15-02-2023 14:06     Baxış: 817


Kürdəmirdə üç mağazadan oğurluq edərək zərərçəkmişlərə ümumilikdə 20 000 manata yaxın maddi ziyan vuran oğru dəstə saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar-fevral aylarında rayonun Mollakənd və Qarabucaq kəndləri ərazisində yerləşən üç mağazadan oğurluq edən üç nəfər saxlanılıb.

Araşdırmalarla həmin şəxslərin rayon sakinləri Arif Əliyev, Samir Babayev və Mərahim İbrahimov olduqları müəyyən edilib.

Aparılan istintaq zamanı məlum olub ki, həmin şəxslər qabaqcadan əlbir olaraq, yanvar ayının sonunda rayonun Mollakənd kəndi ərazisində yerləşən mağazaların birindən 3 000 manat pul, bir ədəd mobil telefon, spirtli içkilər və tütün məmulatları oğurlayaraq mağaza sahibinə 4 657 manat, fevral ayında isə rayonun Qarabucaq kəndi ərazisində yerləşən iki mağazadan 11 000 manat dəyərində tütün məmulatları, 3 025 manat pul, 1 000 manat dəyərində danışıq kartları və 208 manat dəyərində ərzaq məhsulları oğurlamaqla zərərçəkmişlərə ümumilikdə 15 233 manat maddi ziyan vurublar. 

Polis əməkdaşları tərəfindən oğurluq yolu ilə əldə olunmuş tütün məmulatlarının və danışıq kartlarının bir qismi həmin şəxslərdən maddi sübut kimi götürülüb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Həmin dəstə üzvlərinin digər analoji cinayət hadisələrində iştiraklarının olub-olmaması araşdırılır.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar