Naftalanda Mülki şəhidlərin ailəsi ziyarət olunub - Fotolar
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov və şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov ilə birlikdə Vətən Müharibəsi zamanı faciəvi şəkildə həlak olan mülki şəhidlərin ailəsini ziyarət edib.
Mubarizciler.az xəbər verir ki Görüşdə Vətən müharibəsində qazanılan Şanlı Zəfərdən, xalqımızın minlərlə qəhrəman övladının igidliyindən və rəşadətindən söhbət açılıb.
İcra başçısı ailənin qayğıları ilə maraqlanıb, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı münasibətilə ailə üzvlərinə səmimi təbriklərini çatdırıb.
Şəhid ailəsi onlara göstərilən yüksək diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.
44 günlük Vətən müharibəsinin ilk günü 27 sentyabr tarixində işğalçıların atdığı top mərmisi nəticəsində Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində ikisi uşaq olmaqla Qurbanovlar ailəsinin beş üzvü həyatını itirib.
Xəbəri paylaş