Goranboy rayon İcra Hakimiyyətində, Azərbaycan Televiziyasının yaradılmasının 67-ci ili ilə bağlı, tədbir keçirildi - FOTO 0
Goranboy rayon İcra Hakimiyyətində, Azərbaycan Televiziyasının yaradılmasının 67-ci ili ilə bağlı, tədbir keçirildi.
Mubarizciler.az xəbər verir ki, Tədbirdə çıxış edən İcra başçısı Məhərrəm Quliyev Azərbaycan Televiziyasının yaradılmasının 67-ci ili ilə bağlı, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədovun rəhbərliyi ilə bütün əməkdaşları təbrik edərək, səmimi sözlərini çatdırdı. İcra Başçısı bildirdi ki, 67 illik tarixi və dəyərli yol qət edən Azərbaycan televiziyası son dövrlər böyük nailiyyətlərə imza atıb və dövlət televiziyası olaraq hər zaman dövlətimizə, xalqımıza və ölkə rəhbərinin siyasi xəttinə sadiqlik nümayiş etdirib. Respublikamızın bütün bölgələrindən, o cümlədən Goranboydan da müntəzəm çəkilişlər, süjetlər və verilişlər yayımladığını vurğulayan İcra Başçısı, AzTV-nin Gəncə bürosunun jurnalisti Xaliq Qurbanovun fəaliyyətini də yüksək qiymətləndirdi. Xaliq Qurbanov çıxış edərək, televiziya və əməkdaşlarının ünvanına söylənilən xoş sözlərə və təbriklərə görə, rəhbərlik və öz adından İcra Başçısına minnətdarlığını bildirdi. Tədbirdə, AzTV-nin Gəncə bürosunun jurnalisti Qurbanov Xaliq Abbas oğluna və operator Quliyev Fuad İsrayıl oğluna rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərman və qiymətli hədiyyələri təqdim edildi.
"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ölkəmizin ən qocaman televiziya və radio qurumudur. Müasir dövrdə müxtəlif sahələrlə bağlı zəngin verilişlər epopeyası yaradan Azərbaycanın ilk televiziyası, keçmişindən üzü bəri misli bərabəri olmayan tarixi xidmətləri ilə 67 ildir ki, milli dəyərlərimizi nümayiş etdirməkdədir. “Diqqət-diqqət, göstərir Bakı” - 1956-cı il fevralın 14-də Azərbaycanın ilk televiziyası bu sözlərlə yayıma başlayıb. Həmin tarix xalqımızın siyasi və mədəni həyatına böyük yenilik gətirib. "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin 2005-ci il 23 mart 213 saylı Fərmanı ilə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında yaradılıb. Azərbaycan Televiziyası çox geniş auditoriyaya malikdir. Hazırda televiziyanın yayımladığı verilişlərə tamaşaçılar nəinki vətənimizin hər bir şəhər və kəndində, ən ucqar bölgələrdə, həmçinin dünyanın bir çox ölkələrində də baxa bilir.
Xəbəri paylaş