Xəbər lenti

Goranboyda "Ulu Öndərin layiqli davamçısı - Qalib Lider" adlı konfrans keçirildi - Fotolar

Tarix: 25-12-2024 00:01     Baxış: 315

Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının təşkilatçılığı ilə "Ulu öndərin layiqli davamçısı - Qalib Lider" adlı konfrans keçirildi. 

Mubarizciler.az xəbər verir ki, Konfransda YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və YAP fəalları  iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev bildirdi ki, 21 il Ulu Öndər Heydər Əliyevin arzularının reallığa çevrildiyi dövrdür. Amma bu mühüm məqamı qeyd etməliyik ki, bu uğurlara yol açan, onları şərtləndirən, təbii ki, möhkəm təməl, düzgün müəyyənləşdirilən siyasət, hədəflərə inamla addımlamaqdır. Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısında mühüm xidmətlərindən biri 2003-cü ildə Azərbaycanın bugünkü və gələcək inkişafını təmin etmək üçün növbəti inam ünvanını dəqiq göstərməsi oldu. 2003-cü ildə cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanması Heydər Əliyev yolunun davamı oldu. Bu yol hər an Azərbaycana möhtəşəm uğurlar qazandırır. Cənab İlham Əliyevin Ümummilli Liderin yaratdığı möhkəm təməl üzərində Azərbaycana hansı uğurları qazandırdığı göz önündədir. Tarixi Zəfərimiz bu uğurların zirvəsi oldu. 21 illik Prezidentlik dövrünün 17 ilini torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində hazırlıq işlərinə yönəldən dövlət başçısı İlham Əliyev Zəfərə imza atmaqla adını tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırdı. Bu, hər bir Azərbaycanlı üçün qürurvericidir. Ulu Öndər Heydər Əliyevin və Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycan üçün gördüyü işlər Lider amilinin hər bir ölkənin, xalqın taleyində roluna işıq salır. Dövlətinin, xalqının gələcəyini düşünən, torpağına, Vətəninə bağlı Liderlər hər zaman ölkəsini yeni-yeni hədəflərə doğru aparır, uğurlarından qürur hissi keçirir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində 21 il ərzində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin milli gücünün artmasını təmin edib. Ən mühüm məqam isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasıdır.

Sonra Goranboy rayon icra hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov Ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasi kursunu uğurla davam etdirən, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən, Azərbaycanın çiçəklənməsi və davamlı inkişafı üçün var qüvvəsini əsirgəməyən İlham Əliyevin həyat və fəaliyyəti barədə geniş bəhs etdi.

Daha sonra çıxış edən natiqlər ölkə başçısının çoxşaxəli fəaliyyətindən söz açaraq bildirdilər ki, Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrildi.  2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdur. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Ölkəmizdə mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.


Tədbir, Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar