Xəbər lenti

Ağstafada Yeni il münasibətilə bayram şənliyi keçirilib - Fotolar

Tarix: 24-12-2024 21:03     Baxış: 2 072

Ağstafada 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə uşaqlar üçün möhtəşəm bayram şənlikləri keçirilib.

Mubarizciler.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində baş tutan şənliklər Ağstafa rayon İcra Hakimiyyəti və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Ağstafa rayon şöbəsi ilə birgə təşkil olunub.

Bayram tədbirində şəhid və qazi övladları, xüsusi qayğıya ehtiyacı olan, eləcə də ev şəraitində təhsil alan uşaqlar, məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, millət vəkilləri Ülviyyə Ağayeva və Azər Əmiraslanov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin müşaviri Elşad Novruzov çıxış edərək uşaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik ediblər.

Qeyd olunub ki, uşaqların hərtərəfli inkişafının təmin olunmasına yönəldilmiş dövlət uşaq siyasətinin əsası hər zaman sonsuz sevgi, minnətdarlıq və qürurla xatırladığımız müasir müstəqil Azərbaycanın qurucusu, Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Vətən və xalq üçün gərəkli vətəndaş kimi yetişmələrini hər zaman diqqətdə saxlayan Ümummilli Lider uşaqların ən böyük himayədarı, sevimlisi olub: “Əminliklə qeyd edirik ki, Ulu Öndərin yaratdığı və gələcək nəsillər üçün miras qoyduğu ənənələr Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə azərbaycanlı uşaqların taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Heydər Əliyev Fondu tərəfindən uşaqlara dövlət qayğısının gücləndirilməsi, onların rifah halının yaxşılaşdırılması ilə bağlı vacib proqramlar və layihələr reallaşdırılır”.

Bakı Bələdiyyə Teatrının nümayiş etdirdiyi “Qış nağılı” tamaşası, Şaxta baba və Qar qız, eyni zamanda, digər nağıl qəhrəmanları personajlarının iştirakı ilə keçirilən müxtəlif əyləncəli proqramlar uşaqların böyük sevincinə səbəb olub.

Şənliklərdə iştirak edən 800 nəfər uşağa bayram hədiyyələri təqdim olunub.













Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar