Naftalanda antinarkotik təbliğatı çərçivəsində məktəblilərlə görüş keçirilib - Fotolar
Naftalan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 1 saylı şəhər tam orta məktəbində keçirilən görüşdə çıxış edən şöbənin rəisi polis polkovniki Zaur Bədəlov bildirib ki, narkomaniya hazırda cəmiyyətin ən böyük qlobal problemlərindən biridir.
Son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizə xeyli gücləndirilib, sağlam həyat tərzinin təbliğ olunması, narkomanlıq və digər neqativ halların profilaktikası məqsədilə müxtəlif kollektivlər qarşısında, o cümlədən məktəblərdə görüşlər, müsabiqələr və digər tədbirlər keçirilməkdədir. Bu kimi tədbirlərin keçirilməsində məqsəd yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərmək, qanunazidd əməllərin qarşısını almaq, məktəbliləri sağlam həyat tərzinə daha da həvəsləndirməkdir.
Görüşdə həmçinin DİN-in Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verilib, təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışılıb.
Xəbəri paylaş