Elçin Tağıyev: Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır və bu birlik əbədidir, sarsılmazdır 0
Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır və bu birlik əbədidir, sarsılmazdır
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Türkiyədə baş vermiş dəhşətli zəlzələ fəlakəti Azərbaycan xalqını sarsıdıb və kədərləndirib.Türkiyə belə ağır, çətin günlərdə tək deyil. Zəlzələnin ilk günündən bu günə kimi, qardaş Türk xalqı kimi, Azərbaycan xalqı da böyük hüzün, kədər içindədir.
Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının böyük bir həqiqət olduğu bu ağır faciənin nəticəsində də özünü bir daha isbat etdi. Dostun, qardaşın, müttəfiqin, can və qan sirdaşımızın dar günündə bir millət, bir dövlət olaraq, dəmir yumruq kimi birləşməyimiz, birlik, həmrəylik nümayiş etdirməyimiz bir millət və iki dövlətin bütün bəşəriyyətə verdiyi müdrik bir ibrət dərsidir.
Türkiyənin 10 vilayətində baş verən gücül zəlzələ nəticəsində minlərlə insan həyatını itirib, on minlərlə insan yaralanıb, dağıntılar altında qalıb və hələ də onların taleləri haqqında heç bir məlumat yoxdur.
Möhtərəm Prezidentimiz fevralın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını bildirdi. Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığını çatdırdı, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirdi. Azərbaycan Prezidenti onu da vurğuladı ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Bu, bir daha iki qardaş ölkənin "bir millət, iki dövlət" olduğunun nümayişi oldu.
Ölkə başçısının tapşırığına əsasən dövlətimiz qardaş ölkəyə davamlı olaraq yardım göstərir və bu təbii fəlakətin fəsadları aradan qaldırınılnca davam edəcəkdir. Qardaş ölkəyə humanitar yardımların göndərilməsində Heydər Əliyev Fondunun, xüsusilə də Fondun Prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı paylaşımında da Birinci vitse-prezident Mehriban xanım Əliyeva qeyd etmişdi ki, güclü zəlzələnin nəticələri barədə xəbərlər Azərbaycan xalqı tərəfindən böyük kədərlə qarşılanıb. Məhz Mehriban xanım Əliyevanın tapşırığına əsasən Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar qardaş ölkə üçün yardım kampaniyasına qoşulmuşlar. Həmçinin Heydər Əliyev Fondu sadə insanların könüllü olaraq topladıqları yardımların da sistemli qaydada həyata keçirlməsi üçün müvafiq işlər görmüş, xüsusi toplanış məntəqələri yaradılmışdır. Azərbaycan xalqı könüllü olaraq qardaş ölkəyə, öz doğma qardaşlarına dəstək olmaq üçün əlindən gələni edir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Yardım aksiyalarına ictimai təşkilatlar, dövlət qurumları, özəl şirkətlər də qoşularaq həm maddi, həm də texniki yardım göstərlər. Əminliklə deyə bilərik ki, Türkiyə bu cür ağır sınaqdan da şərəflə çıxacaq.
Elçin Tağıyev,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının fəalı.
Xəbəri paylaş