Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Polis Akademiyasında detektiv yazıçı, “Qızıl qələm” mükafatçısı Elxan Elatlı ilə görüş keçirilib - Fotolar

Tarix: 23-12-2024 21:30     Baxış: 1 379

Polis Akademiyasında Dil hazırlığı kafedrasının təşkilatçılığı ilə 20 dekabr 2024-cü il tarixində detektiv yazıçı Elxan Elatlı ilə görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Akademiyanın mətbuat xidməti məlumat yayıb.

DİN-in Polis Akademiyası rəisinin birinci müavini, polis polkovniki Vüqar Mansurov tanınmış ədibi Polis Akademiyasının rəhbərliyi adından salamlayaraq dəvəti qəbul edib görüşə gəldiyi üçün yazıçıya öz təşəkkürünü bildirib. Yazıçı Polis Akademiyasının tədris korpusu, kitabxana və maddi-texniki bazası ilə tanış olub.  

Elxan Elatlı bu görüşdən məmnunluq hissi duyduğunu bildirərək onu sevənlərlə yaradıcılığı haqqında səmimi söhbətə başlayıb. O, bədii ədəbiyyat, vətənpərvərlik, milli birlik kimi yüksək mənəvi-əxlaqi dəyərlərlə bağlı öz fikirlərini bölüşüb. Kursantların suallarını cavablandırarkən bəzən ədəbi incəliklərlə bəzədilmiş obrazdan, bəzənsə detektiv romanların əsasında dayanan riyazi məntiqdən məharətlə istifadə edən yazıçı bütün hallarda əsərlərində olduğu kimi yüksək vətənpərvərlik ruhunu aşılayıb. O, romanlarında mütəmadi olaraq toxunduğu Qarabağ həqiqətləri, vətənin qəhrəman övladları, şanlı tariximiz, “Qazinin ölümü” kitabında isə 44 günlük müharibədə baş verən real hadisələr haqqında danışıb. 

İnteraktiv şəkildə keçən görüşdə tanınmış yazıçı Elxan Elatlı öz yaradıcılığı barədə geniş məlumat verib, sualları cavablandırıb və kursantların kitablarını imzalayıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar