Şəhid Yaşa Orucovun mövlud günündə məzarı ziyarət edilib - Fotolar
Goranboy rayonu Qızılhacılı qəsəbə sakini, 1964-cu il təvəllüdlü 1ci Qarabağ müharibəsi şəhidi Yaşa Hüseyin oğlu Orucovun 60 illik yubleyi münasibətilə məzarı və ailəsi ziyarət edilib.
Mubarizciler.az xəbər verir ki, Şəhidin mövlud günündə Goranboy Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış İctimai Nəzarət şurasının üzvləri Elçin Tağıyev, Rəhman Səfərov, şəhidin döyüş yoldaşı Qəmbər Hüseyin oğlu Xəlilov Yaşa Orucovun qardaşı Maksim Orucov və ailə üzvüləri iştirak ediblər.
İlk öncə Şəhid Yaşa Orucovun Balakürd kənd qəbristanlığındakı məzarı ziyarət edilərək ruhuna dualar oxunub.
İctimai-siyasi fəal Elçin Tağıyev Şəhid ailəsinə dərin hüzünlə başsağlığı verərək Şəhidimizə uca Allahdan rəhmət ailəsinə səbir diləmişdir.
Şəhid qardaşı Maksim Orucov 1ci Qarabağ müharibəsinin şəhidləri və igidlərinin keçdiyi şərəfli döyüş yolundan söhbət açaraq ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindəki qazanılmış qələbədən söhbət açdı.
Bəli 44 günlük Vətən müharibəsində tarix yazan igid oğullarımız bütün Şəhidlərimizin qisasını alaraq ermənilərə sarsıdıcı zərbələr endirdi.
Elçin Tağıyev öz adət ənənəsinə sadiq qalaraq Şəhid ailəsinə Şəhid Yaşa Orucovun şəkli əks olunmuş "8 Noyabr Xarı Bülbülün Xatirə Tablosu" nu təqdim etdi.
Sonda Şəhid ailəsi bu gün onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə etdilər. Bununla yanaşı daim Goranboyda Şəhid və Qazi ailələrinə göstərilən qayğıya görə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Məhərrəm Quliyevədə təşəkkürünü bildirdilər.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin.
Xəbəri paylaş