Xəbər lenti
18-11-2024, 12:06
 

Tarix boyunca Azərbaycan və Türkiyə bir- birinin ən çətin və xoş günlərində bir olub - Xəyal Məmmədov 0

Tarix: 15-02-2023 12:57     Baxış: 1 499

Tarix boyunca Azərbaycan və Türkiyə bir- birinin ən çətin və xoş günlərində  bir olub

Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Türkiyədə baş vermiş dəhşətli zəlzələ və çoxlu sayda insan təlafatı ölkəmizdə böyük kədər hissi ilə qarşılandı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğana  təbii fəlakət nəticəsində insan təlafatı ilə əlaqədar başsağlığı məktubu göndərdi, eyni zamanda, telefon zəngi edərək Azərbaycanın bu çətin günlərdə türk xalqının yanında olduğunu bildirdi. Prezident cənab İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin xilasedici dəstələri dərhal təbii fəlakət zonasına ezam edilərək, axtarış-xilasetmə işlərinə başladılar. Həmçinin qardaş ölkəyə lazımi təminat vasitələri də göndərildi. 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da sosial mediada paylaşım edərək Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladığını bildirdi. Faciə zamanı həlak olanlara rəhmət diləyən, onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verən, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayan Mehriban xanım Əliyeva “Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”, – deyə qardaş Türkiyəyə dəstəyini ifadə etdi.


Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur.İctimai təşkilatlar da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar.Özəl sektor da öz dəstəyini əsirgəmir. Özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar.Azərbaycanın ən böyük şirkəti SOCAR öz dəstəyini verməyə başlayıb. SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq.Bütün dövlət qurumları da bu gün qardaş türk xalqının yanındadır. Dövlət qurumlarının nümayəndələri öz təşkilatları çərçivəsində humanitar yardımın təşkilində fəaldırlar.Bütün yardım məsələləri bir mərkəzdən idarə olunacaq. Ölkənin xəstəxanalarında yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var. Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb.Böyük bir qrup könüllü artıq yola düşüb. Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərən könüllülər və ASAN könüllüləri müəyyən təcrübəyə malikdirlər və onlar öz bacarıqlarını əsirgəməyəcəklər.Bütün dünya bir daha şahid oldu ki, Türkiyə xalqı bizim qardaşımızıdır, bir dövlət və xalq kimi hər məqamda, çətin və yaxşı günlərdə bir birimizin yanında olacağıq.

Həmçinin ölkəmizdə qardaş ölkədən olan yaralıların müalicə olunması üçün xəstəxanalarda da müvafiq şərait yaradılmış, eyni zamanda Prezident cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun 20 nəfərlik hərbi tibb personalı 8 fevral tarixdən etibarən Türkiyəyə ezam olunaraq baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə Kahramanmaraşda fəaliyyətə başlamışdır. Bütün bunlar dünyaya bir daha nümayiş etdirir ki, Azərbaycan və Türkiyə təkcə dövlətlərarası, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələrinə malikdirlər.

İnanırıq ki, qardaş Türkiyə xalqı ilə birlikdə bu ağır fəlakəti geridə qoyacağıq. Bundan sonra da dəstək və köməyimizi göstərəcəyik. Ümumiyyətlə, bu gün Türkiyə-Azərbaycan birliyinin mövcud səviyyəsi beynəlxalq sülh və rifaha töhfə verir. Yaxın əlaqələr sadəcə iki ölkəyə deyil, eyni zamanda, bölgəyə sülh və rifah gətirərək beynəlxalq birliyin sabitlik və sülh maraqlarına xidmət edir. Tanrı Türk xalqına güc, səbr və parlaq gələcək nəsib etsin. 

Xəyal Məmmədov,

YAP Goranboy rayon təşkilatının fəalı.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar