Xəbər lenti

Xəyal Məmmədovun rəhbərliyi ilə Goranboyda görüş keçirilib - Fotolar

Tarix: 20-12-2024 19:45     Baxış: 2 009

Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin lV sinif üzrə qiymətləndirmə nəticələrinin təhlili mövzusunda görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, Görüşdə Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov, sektor əməkdaşları, tabelikdə olan ümumi təhsil məktəblərinin direktorları,2023-2024-cü tədris ilində lV sinifdə tədris aparan ibtidai sinif müəllimləri və cari tədris ilində lll sinifdə tədris aparan ibtidai sinif müəllimləri  iştirak ediblər. 

Görüşdə sektor  müdiri Xəyal Məmmədov IV siniflərin monitorinqi üzrə son 3 ilin dinamikası, ümumi nəticələr, 2023-2024-cü tədris ilinin nəticələrinin fənlər üzrə dinamikası, monitorinqlər üzrə şagird kateqoriyaları, aşağı və yüksək nəticə göstərmiş təhsil müəssisələri barədə məlumat verib. 

Bununla yanaşı sektor müdiri  mövcud vəziyyət, hədəflər və tapşırıqlar barədə də ətraflı məlumat verib. 

Görüşün davamında ümumtəhsil məktəblərinin direktorlarını maraqlandıran suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar