Xəbər lenti

İlham Əliyev Fərman imzaladı

Tarix: 19-12-2024 21:03     Baxış: 952

“Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi” təsdiq edilib.

Mubarizciler.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.

Fərmana əsasən, iyunun 29-da Brüssel şəhərində imzalanmış “Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi” təsdiq edilib.

Dövlət Gömrük Komitəsinə Qrant Müqaviləsinin müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə Qrant Müqaviləsinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ümumdünya Gömrük Təşkilatına bildiriş göndərmək tapşırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar