Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Azər Məmmədov Gəncədə vətəndaşları qəbul edib - Fotolar

Tarix: 19-12-2024 20:45     Baxış: 1 659

"Azəriqaz" İB-nin baş direktoru ilin sonuncu vətəndaş qəbulunu Gəncə şəhərində keçirdi.

Mubarizciler.az xəbər verir ki, SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Gəncə şəhərinin vətəndaşları ilə görüşüb. Vətəndaş qəbulunda Gəncə şəhəri ilə yanaşı, Samux, Şəmkir, Tovuz, Ucar və Xaçmaz rayonlarından olmaqla ümumilikdə 45 nəfərin qaz təchizatı ilə bağlı problemləri dinlənilib. Qəbulda əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi, qaz xəttinin yerinin dəyişdirilməsi, habelə işə qəbulla bağlı müraciətlər ünvanlanıb. Birlik rəhbəri hər bir müraciətin həlli yolu barədə sakinlərə ətraflı izahatlar verib. Bir sıra məsələlərin yerində baxılaraq araşdırılması üçün Gəncə Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar