Orxan Abbasov vətəndaşların müraciətlərini dinləyib - Fotolar
Dekabrın 18-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələri rəhbərlərinin və sakinlərin iştirakı ilə Qaraqullar kəndində vətəndaşların səyyar qəbulunu keçirib.
Mubaizciler.az xəbər verir ki, İcra başçısı Orxan Abbasov kənd sakinlərini qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Orxan Abbasov çıxışında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və Daşkəsən rayonunda həyata keçirilən quruculuq işləri, icra olunan layihələr, aparılan qətiyyətli islahatlar, həmçinin sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib. Həmçinin qarşıda duran vəzifələrdən danışıb.
Sonra vətəndaşların müraciətləri dinlənilib.
İcra başçısı Orxan Abbasov qaldırılan məsələlərin icrası ilə əlaqədar aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində həll edilib. Araşdırılmasına ehtiyac olan və həlli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlərin qeydiyyatı aparılıb.
Qəbulda iştiak edən Qaraqullar kənd sakinləri hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Xəbəri paylaş