Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Naftalanda qanvermə aksiyası keçirilib - Fotolar

Tarix: 18-12-2024 18:25     Baxış: 966

Naftalan Şəhər Mərkəzi Xəstəxanasında bu il ikinci könüllü qanvermə aksiyası keçirilib.

Mərkəzi Qan Bankının ixtisaslaşdırılmış tibb briqadasının həkim-hematoloqları tərəfindən qanvermənin faydaları barədə aksiya iştirakçılarına məlumat verilib. Hər bir donor tibbi müayinədən keçdikdən sonra, qan analizi götürülüb və aksiyaya qoşulmaları ilə bağlı rəy verilib.

Mubarizciler.az xəbər verir ki, Aksiyada Şəhər İcra Hakimiyyətinin başçısı, ŞPŞ-nin rəisi, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların, hotel və müalicə mərkəzlərinin əməkdaşları, könüllülər iştirak edərək ehtiyat qan bankının zənginləşdirilməsinə dəstək olublar.

Humanist addım kimi mühüm əhəmiyyət daşıyan aksiyanın keçirilməsi irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım məqsədi daşıyır.

Aksiya Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən həyata keçirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar