Xəbər lenti

Kürdəmir prokurorunun müavini təqaüdə göndərilib - Fotolar

Tarix: 18-12-2024 17:00     Baxış: 910

Baş Prokurorluqda prokurorluq veteranları Namiq Əsgərov və Bəhruz Mahmudovun 70 illik yubileyləri, eyni zamanda son yaş həddinə çatmış Kürdəmir rayon prokurorunun müavini Elxan Məmmədovun qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə keçirilən tədbirdə veteran prokurorluq işçisi Namiq Əsgərova hədiyyə, Bəhruz Mahmudova isə “Azərbaycan Prokurorluğunun 100 illiyi” Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib.

Baş prokuror tərəfindən uzunmüddətli səmərəli fəaliyyətinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə görə Elxan Məmmədova “Prokurorluğun fəxri işçisi” döş nişanı təqdim edilib.

Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşüblər.








Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar