Xəbər lenti

Bakıda hüquq münasibətlərində transmilli aspektlərlə bağlı beynəlxalq konfrans keçirilir - Fotolar

Tarix: 17-12-2024 11:26     Baxış: 763

Türk Ədliyyə Təlim Şəbəkəsinə (TƏTŞ) Azərbaycanın sədrliyi çərçivəsində “Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda beynəlxalq konfrans keçirilir.

Mubarizciler.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Tədbirin iştirakçıları arasında Azərbaycan Respublikasının Baş Prokurorluğu və Ədliyyə Nazirliyi ilə yanaşı, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın ədliyyə və prokurorluq orqanlarının təlim-tədris mərkəzlərini və akademiyaları, eləcə də müşahidəçi statusunda Şimali Kiprin müvafiq qurumları yer alıb.

Şəbəkəyə üzv dövlətlərin hakimlərinin, ədliyyə və prokurorluq orqanlarının əməkdaşlarının iştirak etdiyi beynəlxalq miqyaslı tədbirdə aktivlərin bərpası prosesinin səmərəliyinin artırılması, ekoloji hüquqpozmalara qarşı mübarizə, transmilli hüquqpozmaların qurbanlarının mülki-hüquqi müdafiəsi, türkdilli dövlətlərin kommersiya hüququ sahəsində qanunvericilik bazasının inkişafı ilə əlaqəli məsələlərin müzakirəsi nəzərdə tutulub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar