Xəbər lenti

Şuşada ilk dəfə şagirdlərlə maarifləndirmə tədbiri keçirib - Fotolar

Tarix: 14-12-2024 15:27     Baxış: 1 211

Şuşa Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 1 saylı tam orta məktəbdə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Tədbirdə çıxış edən RPŞ-nin rəisi polis polkovniki Səməd Məhərrəmov narkotik vasitələrin insan sağlamlığı, düşüncə qabiliyyəti üçün törətdiyi zərərlərdən söhbət açıb. O, narkomaniya aludəçisi olanların fiziki və mənəvi olaraq uçuruma yuvarlanması, doğmaları üçün problemlər yaratmasından danışıb. Gənclərə mütləq şəkildə sağlam həyat tərzi keçirmələri,  mütəmadi şəkildə mütaliə ilə məşğul olmaları tövsiyə edilib. 

Daha sonra çıxış edən Şuşa RPŞ-nin sabiq rəisi, istefada olan polis polkovniki Orduxan Kərimov da narkotik asılılığın cəmiyyət üçün doğurduğu təhlükələrdən danışıb. 

Həmçinin Polis Akademiyasında oxumaq arzusunda olan şagirdlərə burada yaradılan yüksək şəraitdən və təhsilin keyfiyyətindən ətraflı bəhs olunub.

Sonda maarifləndirici video çarx göstərilib, maraq doğuran suallar cavablandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar