Goranboyda “Sosial media və təhsil” mövzusunda təlim-seminar keçirilib - Fotolar
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri və ümumi təhsil məktəblərinin rəhbərləri və sosial mediaya məsul əməkdaşların iştirakı ilə “Sosial media və təhsil” mövzusunda təlim-seminar keçirilib.
Mubarizciler.az ın məlumatına görə, İki hissədən ibarət olan təlim-seminarın birinci hissəsində məktəbəqədər və ümumi təhsil müəssisələrinin sosial media hesablarının monitorinqinin təqdimatı həyata keçirilib. Kütləvi informasiya vasitələrində dərc edilən məlumatlar, icmanın müəssisələrinin sosial media hesablarına cəlb edilməsi məsələləri haqqında ətraflı məlumat verilib.
Görüşün ikinci hissəsində sosial media hesablarına məsul əməkdaşlar üçün təlim keçirilib. Təlimdə təhsil işçiləri komandalar şəklində prosesin təkmilləşməsi istiqamətində öz təqdimatlarını hazırlayıblar. Təlim hissəsində həmçinin bəzi texniki bilik və bacarıqlar barədə də məlumat verilib.
Qeyd edək ki, “Sosial media və təhsil” mövzusunda təlim-seminarlar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bütün təhsil sektorlarında növbəli şəkildə həyata keçiriləcəkdir.
Xəbəri paylaş