Xəbər lenti

Daşkəsəndə səyyar qəbul keçirildi

Tarix: 11-12-2024 17:08     Baxış: 609

Dekabrın 11-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələri rəhbərlərinin və sakinlərin iştirakı ilə Yuxarı Daşkəsən qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirib. 

Mubarizciler.az xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov giriş nitqi ilə çıxış edərək son illərdə respublikamızın, o cümlədən Daşkəsən rayonunun sosial-iqtisadi inkişafı, problemlərin həlli üçün görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması sahəsində ölkə rəhbəri cənab İlham Əliyevin həyata keçirdiyi davamlı sosial layihələr barədə sakinlərə məlumat verib.

Sonra vətəndaşların müraciətləri dinlənilib.

İcra başçısı Orxan Abbasov qaldırılan məsələlərin icrası ilə əlaqədar aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində həll edilib. Araşdırılmasına ehtiyac olan və həlli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə qeydiyyatı aparılıb.

Qəbulda iştiak edən Yuxarı Daşkəsən qəsəbə sakinləri əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən davamlı işlərdən razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar