Xəbər lenti

Masallı Polisnin təşkilatçılığı ilə "Narkomaniya və erkən nikahlara yox deyək!" devizi altında maarifləndirici görüş keçirilib - Fotolar

Tarix: 10-12-2024 21:25     Baxış: 1 078

Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Təzə Alvadı kənd tam orta məktəbində "Narkomaniya və erkən nikahlara yox deyək!" devizi altında maarifləndirici görüş keçirilib. 

Çıxış edən Masallı RPŞ-nin rəisi polis polkovniki Azay Ağayev, Rayon Təhsil Sektorunun müdiri Elman Rzayev və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri narkomaniyanın və erkən nikahların səbəb olduğu ağır nəticələrdən danışıblar. Bu kimi neqativ halların cəmiyyətimizin sağlam gələcəyi üçün yarada biləcəyi təhdid və təhlükələrdən söz açıblar. 

Görüşdə həmçinin ali təhsil müəssisələrinə hazırlaşan, daxili işlər orqanlarında xidmət etmək istəyən abituriyentlərə DİN-in Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar