Xəbər lenti
25-07-2026, 19:27
 

Bəşər Əsədin hakimiyyəti başa çatdı

Tarix: 08-12-2024 12:41     Baxış: 1 974

Dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri noyabrın 27-də başlayan sürətli hücumu başa çatdıraraq Dəməşqi ələ keçiriblər.

Mubarizciler.az “Reuters”ə istinadən xəbər verir ki, Suriya ordusunun komandanlığı zabitləri Bəşər Əsədin hakimiyyətinin başa çatması barədə xəbərdar edib.

“Suriya ordusunun komandanlığı prezident Bəşər Əsədin 24 illik avtoritar hakimiyyətinin sona çatması barədə zabitlərə məlumat verib” - üsyançıların bəyanatında deyilir.

“Əl-Cəzirə”nin müxaliflərə istinadla verdiyi məlumata görə, üsyançılar Dəməşqdə ictimai radio və televiziya binasını ələ keçiriblər.

Baş nazir Məhəmməd Qazi əl-Cəlali isə xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bildirib.

Qeyd edək ki, “Reuters” və CNN də prezident Əsədin Suriyanı tərk etməsindən yazır. 



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar