Xəbər lenti

Ağcabədi Polisi məktəblilərlə görüşüb - Fotolar

Tarix: 07-12-2024 17:38     Baxış: 1 001

Ağcabədi Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 4 saylı tam orta məktəbində narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Tədbirdə çıxış edən RPŞ-nin rəis müavini polis polkovnik-leytenantı Elmir Dəmirçiyev narkotik asılılığının törətdiyi fəsadlardan, insan həyatına və sağlamlığına vurduğu zərərlərdən söhbət açıb. Narkomaniyaya qarşı aparılan mübarizə üsulları diqqətə çatdırılıb. Sağlam həyat tərzi keçirmək və təhsildə yüksək nəticələr əldə etmək iştirakçılara tövsiyə olunub. 

Sonda maraq doğuran suallar cavablandırılıb, narkotik asılılığının fəsadlarından bəhs edən video çarx göstərilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar