Rəşad Tağıyev səyyar qəbul keçirib - Fotolar
Şəmkir Rayon İcra Hakimiyyəinin başçısı Rəşad Tağıyev görüş zamanı sakinlərimizə Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə ətraflı məlumat verilib.
İcra başçısı bildirib ki, Prezident cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və ötən dövr ərzində Azərbaycanın bölgələrinin sosial-iqtisadi inkişafı istiqamətində mühüm nəticələr əldə olunub. Regionların inkişafında sosial məsələlərin həlli ilə bağlı dövlətimiz tərəfindən zəruri tədbirlər davam etdirilib, bu sahəyə xidmət edən sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.
Bu istiqamətdə Şəmkir rayonunda həyata keçirilən tədbirlər də əhalinin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət etdiyini xüsusi vurğulayan Rəşad Tağıyev daha sonra sakinlərlə kəndin ümumi problemlərini müzakirə edib, onların arzu və təklifləri dinləyib.
Mubarizciler.az xəbər verir ki, Mahmudlu sakinlərinin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Eyni zamanda fərdi şəkildə müraciət etmək istəyənlərin qəbulu keçirilib.
Xəbəri paylaş