Xəbər lenti

Abşeronda “Narkomaniya ümumbəşəri bəladır” və “Kibertalamalarla mübarizə” mövzularında maarifləndirici tədbirlər keçirilib - Fotolar

Tarix: 07-12-2024 11:28     Baxış: 882

Abşeron rayonunda yerləşən Aşağı Güzdək qəsəbəsi 2 nömrəli tam orta məktəbdə və Çaylı kənd tam orta məktəbində “Narkomaniya ümumbəşəri bəladır” və “Kibertalamalarla mübarizə” mövzularında maarifləndirici tədbirlər keçirilib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Tədbirlərdə iştirak edən Abşeron RPİ-nin Qobu Polis Bölməsinin əməkdaşları yetkinlik yaşına çatmayanların narkomanlıq və digər zərərli vərdişlərdən qorunması istiqamətində görülən profilaktik tədbirlərdən, kibercinayətkarlığa qarşı aparılan maarifləndirmə işlərindən danışıb, kibertalamalarla mübarizə üsulları ilə bağlı zəruri məlumatlar verib, həmçinin neqativ halların aradan qaldırılması üçün uşaq və yeniyetmələr arasında da məsuliyyət hissinin gücləndirilməsinin əhəmiyyətindən bəhs ediblər.

Sonda şagirdlərin mövzularlara bağlı sualları cavablandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar