Xəbər lenti

Nazir Milli Qəhrəmanın adını daşıyan məktəbdə olub - Fotolar

Tarix: 06-12-2024 19:11     Baxış: 840

Dekabrın 6-da elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımov adına Mingəçevir şəhəri 4 nömrəli tam orta məktəbdə olub.

Mubarizciler.az ın məlumatınagörə, əvvəlcə Natiq Qasımovun məktəbin foyesindəki xatirə lövhəsinə baxış keçirilib, qəhrəmanımızın əziz xatirəsi ehtiramla yad edilib.

Sonra təhsil ocağının ümumi fəaliyyəti və əldə etdiyi uğurlar barədə məlumat verilib. Bildirilib ki, Natiq Qasımovun təhsil aldığı bu məktəbdə hazırda 1345 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 80 müəllim məşğul olur.

Emin Əmrullayev təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olub və tədris prosesini izləyib, həmçinin məktəbin pedaqoji heyəti ilə görüşüb. 

Daha sonra “Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun adının verilməsi barədə” Qərara uyğun olaraq, yaxın zamanda müvafiq işlərin görülməsi məsələləri müzakirə edilib.

Qeyd edək ki, noyabrın 29-da Nazirlər Kabinetinin müvafiq qərarı ilə Mingəçevir şəhəri 4 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun adı verilib.














Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar