Xəbər lenti
18-11-2024, 12:06
 

Prezident: “Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Anqolanın dəstəyi yüksək qiymətləndirilir” 0

Tarix: 14-02-2023 18:07     Baxış: 1 007



“Anqola ilə Azərbaycan arasında siyasi əlaqələr yaxşı səviyyədədir, iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığımızın inkişaf etdirilməsi üçün böyük imkanlar mövcuddur. Xüsusən energetika sahəsində daha geniş əməkdaşlıq imkanları var”.


AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Anqola Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Auqusto da Silva Kunhanın etimadnaməsini qəbul edərkən bildirib.

Prezident ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Anqolanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini bildirib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edən ölkənin rotasiya qaydasında BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması təşəbbüsü ilə çıxış etdiyini diqqətə çatdıran dövlətimizin başçısı hərəkata üzv dövlətlər arasında bununla bağlı məsləhətləşmələr aparılmasının vacibliyini vurğulayıb.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi qəbul edərkən təşkilata üzv dövlətlərin problemlərinin gündəlikdə saxlanılacağını xüsusi qeyd etdiyini xatırladan Prezident İlham Əliyev deyib ki, dövlətimiz bu məsələyə mühüm əhəmiyyət verir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar