Xəbər lenti

Rəşad Tağıyev könüllülərlə görüş keçirib - Fotolar

Tarix: 05-12-2024 17:20     Baxış: 875

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev 5 dekabr-Beynəlxalq Könüllülər Günü münasibətilə RİH-də və rayonun müxtəlif təşkilatlarında fəaliyyət göstərən könüllülərlə görüş keçirib.

Mubarizciler.az xəbər verir ki, Könüllüləri təbrik edən icra başçısı ölkəmizdə, o cümlədə Şəmkir rayonunda gənclərə göstərilən diqqətdən, onların inkişafı üçün görülən işlərdən danışıb. 

Rəşad Tağıyev bidlirib ki, rayon İcra Hakimiyyəti də hər zaman könüllülərə dəstək olacaq və bütün sahələrdə Şəmkir gənclərinin, xüsusilə də könüllülərin fəaliyyətindən maksimum yararlanmağa çalışacaq.

Şəmkirdə könüllü fəaliyyəti ilə bağlı məlumat verən icra başçısı gənc könüllülərin rayonun ictimai həyatında, RİH-in fəaliyyətində mühüm rol oynadıqlarını bildirib: “Şəmkir gənclərinin bu hərəkatda fəal iştirak etdiyinin şahidiyik. Hazırda könüllülük fəaliyyəti rayonumuzda həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir. Xüsusilə, gənclərin böyük həvəslə bu hərəkatın sıralarına qoşulması və könüllü fəaliyyətlərə töhfə verməsi diqqətəlayiqdir”.

Görüşün sonunda xatirə fotosu çəkilib, könüllülərə RİH tərəfindən hədiyyə və sertifikatlar verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar