Xəbər lenti

FHN-in əməkdaşı dünya çempionatında yüksək nəticə göstərdi

Tarix: 05-12-2024 17:10     Baxış: 819

30 noyabr – 2 dekabr 2024-cü il tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində pauerliftinqin AWPC versiyası üzrə dünya çempionatı keçirilib.

Mubarizciler.az FHN-ə istinadən xəbər verir ki, 560-a yaxın idmançının mübarizə apardığı mötəbər yarışda Azərbaycan, Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Belarus, Macarıstan, Çexiya və digər ölkələrin idmançıları qüvvələrini sınayıblar.

Çempionatda böyük uğura imza atan pauerliftinq üzrə Azərbaycan millisinin üzvü, Fövqəladə Hallar Nazirliyi Akademiyasının əməkdaşı leytenant Orxan Fərzəliyev deadlift hərəkəti üzrə 230kq, pauerliftinq hərəkəti üzrə isə 585kq nəticə ilə ikinci yerə layiq görülüb.

Qeyd edək ki, idmançı bu il iyunun 9-14-də Finlandiyanın Salo şəhərində AWPC versiyası üzrə keçirilmiş Avropa çempionatında qızıl medal qazanaraq çempion adına yiyələnib.

Xatırladaq ki, Orxan Fərzəliyev dəfələrlə ölkə və beynəlxalq miqyaslı mötəbər yarışlarda qüvvəsini sınayaraq ölkəmizə qızıl və gümüş medallar qazandırıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar