Xəbər lenti

Goranboyda Respublika Fənn Olimpiadası ilə bağlı maarifləndirici görüş keçirilib - Fotolar

Tarix: 04-12-2024 20:39     Baxış: 1 288

Respublika Fənn Olimpiadası ilə bağlı maarifləndirici görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorlarının iştirakı ilə Respublika Fənn Olimpiadalarına qeydiyyat və hazırlıqla bağlı məlumat xarakterli görüş keçirilib. 

Görüşdə Respublika Fənn Olimpiadaları barədə ətraflı məlumat verilib, şagirdlərin düzgün istiqamətləndirilməsinin vacib olduğu qeyd edilib. 

Məlumat üçün bildirək ki, 26 noyabr saat 15:00-dan etibarən Respublika Fənn Olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesinə start verilib.

Şagirdlər 9 dekabr tarixinədək https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçərək, "Müsabiqə və olimpiadalar" bölməsində müvafiq elektron xidmətlərdən faydalana bilərlər.

Respublika Fənn Olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil almağa marağı artırmaq, onların özünə inamını gücləndirmək, fənlər üzrə istedad və yaradıcı təfəkkürü aşkar edərək şagirdlərin potensial imkanlarını inkişaf etdirmək və ixtisas seçiminə hazırlıq yaratmaqdır.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar