Xəbər lenti
30-11-2024, 18:35
 
24-11-2024, 19:50
 

Rəşad Tağıyev görülən işlərlə tanış olub - Fotolar

Tarix: 04-12-2024 10:10     Baxış: 287

Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş plana əsasən avtomobil yollarının təmiri və yenidən qurulması işləri cari ildə də davam etdirilir. 

2024-cü ilin sonuna qədər rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən layihə çərçivəsində şəhərimizin 19 küçəsində, eləcə də Çinarlı qəsəbəsində yerləşən 1 küçədə asfalt-beton örtüyünün salınması, həmçinin cari təmiri işlərinin aparılması nəzərdə tutulub.

Görülən işlər çərçivəsində ilkin olaraq şəhərin Mehdi Hüseynzadə küçəsində (𝟏𝟓-𝐜𝐢 𝐤𝐮̈𝐜̧ə) yararsız yol örtüyü çıxarılıb, qum-çınqıl qatışığı tökülüb, xüsusi texnika vasitəsilə kipləşdirmə işləri aparılıb, daha sonra isə uzunluğu 1,2 km olan avtomobil yoluna yüksək keyfiyyətli, iki qatlı asfalt-beton örtüyü salınıb.

Bununla yanaşı Şəmkir şəhərinin nəqliyyat infrastrukturunda mühüm rola malik olan Rəşad Yusibov küçəsində (20 Yanvar küçəsinə paralel, 𝐌𝐚𝐬̧𝐚𝐥𝐥𝐚𝐡 𝐦𝐚𝐫𝐤𝐞𝐭𝐢𝐧 𝐪𝐚𝐫𝐬̧ı𝐬ı) avtomobil yolunun yenidən qurulması işlərinə start verilib. Küçənin yararsız asfalt örtüyü qazılaraq çıxarılıb. Hazırda isə standartlara cavab verən asfalt-beton örtüyünün salınması işləri aparılmaqdadır.

Mubarizciler.az xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev təmir işləri aparılan küçələrdə işlərin gedişi ilə tanış olub, layihədə nəzərdə tutulan işlərin yüksək keyfiyyətlə yerinə yetirilməsinə dair müvafiq tapşırıqlar verib.

Onu da qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən görülən işlər sakinlərimizin və şəhərimizin qonaqlarının rahat gediş-gəlişinin təmin olunmasına və yol infrastrukturunun yenilənməsinə yönəlmişdir. Və bu işlər mərhələli şəkildə davam etdiriləcəkdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar