Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Leyla Əliyeva Ər-Riyadda Kral Salman Mərkəzinin rəhbəri ilə görüşdü

Tarix: 01-12-2024 09:41     Baxış: 1 022

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ər-Riyadda Səudiyyə Ərəbistanının Kral Salman Humanitar Yardım və Qayğı Mərkəzinin rəhbəri Abdullah Ər-Rabiə ilə görüşüb.

Mubarizciler.az ın məlumatına görə, görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Kral Salman Mərkəzi ilə Heydər Əliyev Fondu arasında əməkdaşlığın inkişafı, eləcə də gələcək birgə layihələr istiqamətində müzakirələr aparılıb.

Abdullah Ər-Rabiə, eyni zamanda, İki Müqəddəs Ocağın Xadimi Kral Salman bin Əbdüləziz Al Səudun və Səudiyyə Ərəbistanının vəliəhdi, Nazirlər Şurasının sədri şahzadə Məhəmməd bin Salman Al Səudun salamlarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib.







Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar