YAP Xətai rayon təşkilatının qərargahında bir qrup fəal gənclə görüş keçirilib - Fotolar
30.11.2024-cü il tarixdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatında altı müxtəlif ali təhsil müəssisəsinin bir qrup fəal gənci ilə “Gənclərin beynəlxalq platformalarda təmsilçiliyi” mövzusunda dəyirmi masa keçirilmişdir.
Mubarizciler.az ın məlumatına görə, Görüşdə rayon partiya təşkilatının sədri Ramil Mirzəyev, millət vəkilləri Pərvanə Vəliyeva və Vüqar Rəhimzadə, həmçinin, rayon partiya təşkilatı sədrinin müavini Vüqar Hüseynov iştirak edib.
Görüşü açıq elan edən YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev gənclərə müraciət edərək ilk öncə onların bu addımını təqdirəlayiq hesab etməklə yanaşı bildirib ki, bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasəti dövlət siyasətin əsas tərkib hissələrindən biridir. Dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğı nəticəsində gənclərimiz ölkəmizin ictimai-siyasi həyatının bütün sferalarında yüksək səviyyədə təmsil olunurlar. R.Mirzəyev Azərbaycanın inkişafında gənclərin fəallığının önəmli olmasından danışıb, həmçinin ölkəmizin beynəlxalq sferada tanınmasında, bayrağımızın müxtəlif ölkələrdə və müxtəlif sahələrdə dalğalanmasında gənclərimizin də böyük rolunun olmasını vurğulayıb. Sədr Ramil Mirzəyev eyni zamanda gənclərin fəaliyyəti istiqamətlərində Yeni Azərbaycan Partiyasının daim onlara dəstək olduğunu qeyd edib.
Görüşdə çıxış edən millət vəkili Vüqar Rəhimzadə gənclərə tövsiyələr edərək bildirmişdir ki, “hər kəs, o cümlədən gənclər birmənalı şəkildə bilməlidir ki, müstəqilliyimizin bərpasından sonra Azərbaycan tarixdə hansı mühüm hadisələrlə yadda qalıb. Millət vəkili, həmçinin, Ümummilli lider Heydər Əliyevin Azərbaycanın tarixində müstəsna və misilsiz xidmətlərindən danışıb, ulu öndərin ölkənin iqtisadiyyatının güclənməsində çox böyük rolunun və töhfələrinin olmasını vurğulayıb. Eyni zamanda cənab Prezident İlham Əliyevin Azərbaycanı dünyaya daha yeni tərəqqilərlə təqdim etdiyini və bunun nəticəsində COP29-a ev sahibliyi etməklə Azərbaycanın dünya yaddaşında qalmasının uğurlu tarixi hadisə olmasını qeyd edib.
Deputat Pərvanə Vəliyeva çıxışında tədbirin təşkilinə, göstərilən dəstəyə və gənclərin iştirakına görə öz təşəkkürünü bildirərək, hər bir sektorda olduğu kimi, gənclər sektorunda da yeni çağırışların olmasından, bu baxımdan dövlətimiz tərəfindən gənclərin təşəbbüsünün daim dəstəkləməsindən danışıb. Deputat bildirib ki, gənclərə ilk dəstəyi Ulu öndər Heydər Əliyev vermişdir. Qürürvericidir ki, ölkədə təşəbbüskar və yenilikçi gənclər formalaşıb. Cari ay ərzində ölkəmizin uğurlu ev sahibliyi ilə yekunlaşan COP29 tədbirində gənclərin uğurlu fəaliyyətindən danışıb.
YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov gənclərə müraciətində, onların Azərbaycanın gələcəyi olduğunu bildirərək qeyd edib ki, ölkənin inkişafı üçün gənclərin fikirlərinə və ideyalarına ehtiyac vardır. XXI əsrdə innovativ, kreativ ideyaların verilməsində gənclər aktiv rola malikdir. Azərbaycanın uğurlu gələcəyi gənclərdən asılıdır.
Çıxışlardan sonra gənc politoloqların fikirləri dinlənildi, onlar öz təklif və istəklərini bildirdilər və millət vəkilləri ilə interaktiv fikir mübadiləsi aparıldı.
Görüşün sonunda gənclər Yeni Azərbaycan Partiyasına qoşulmağa, ölkənin inkişafında partiya ilə birgə addımlamağa dəvət ediliblər.
Xəbəri paylaş