Xəbər lenti

Ucarda “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbirlər keçirilib - Fotolar

Tarix: 30-11-2024 15:22     Baxış: 798

Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Çiyni və Qazıqumlaq kənd tam orta məktəblərində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbirlər keçirilib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Görüşlərdə çıxış edən RPŞ-nin rəis müavini polis polkovnik-leytenantı Qoşqar Kazımov əsrin bəlasına çevrilən və gənclərin gələcəyini məhv edən bu maddələrin insan sağlamlığına təsiri haqqında geniş məlumatlar verib. Zərərli maddələrin aludəçisinə çevrilən gənclərin sonu olmayan vərdişlərdən qurtulması yollarını diqqətə çatdıran rəis müavini, bu istiqamətdə görülən işlərdə cəmiyyətin bütün üzvlərinin fəal iştirakının vacibliyini qeyd edib.

Tədbirlərin sonunda narkotiklərin zərərlərindən bəhs edən filmlər nümayiş etdirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar