Xəbər lenti

Goranboyda "Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı tədbir keçirilib - Fotolar

Tarix: 27-11-2024 12:08     Baxış: 959

"Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı,  Rəhimli kənd tam orta məktəbində tədbir keçirilib.

Goranboy rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun təşkilatçılığı ilə   "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar olaraq,  Rəhimli kənd tam orta məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə tədbir keçirildi. 

Mubarizciler.az xəbər verir ki, Tədbirdə "Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı şagirdlərin əl işlərinə baxış keçirildi, məktəb şagirdlərinə yaşıllıqların qorunması, artırılması, ətraf mühitin məişət tullantılarından təmizlənməsi ilə bağlı maarifləndirici məlumatlar verildi. Eyni zamanda elektrik enerjisindən qənaətlə istifadə, istifadə olunmuş kağız məmulatlarının toplanaraq emal müəssisələrinə təhvil verilməsinin əhəmiyyəti barədə söhbətlər aparıldı. Məktəbin həyətyanı sahəsinə yeni ağac və gül kolları əkildi, ağacların ətrafı təmizləndi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar