Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Xəyal Məmmədovun rəhbərliyi ilə Goranboyda görüş keçirilib - Fotolar

Tarix: 27-11-2024 10:18     Baxış: 1 386

Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorlarının, təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin və cari tədris ilində IV siniflər üzrə tədris həyata keçirən müəllimlərin iştirakı ilə geniş tərkibdə görüş keçirilib. 

Mubarizciler.az xəbər verir ki, Görüş zamanı Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin artırılması məqsədilə bir çox istiqamətlərdə həyata keçirilən tədbirləri diqqətə çatdırıb. O, ötən tədris ilində IV və VI siniflər üzrə keçirilmiş monitorinq qiymətləndirmə nəticələrini təhlil edərək nəticələrin məktəblər, siniflər və müəllimlər üzrə müqayisəli təhlilini diqqətə çatdırıb. 

Sektor müdiri həmçinin, ümumtəhsil məktəblərinin IV siniflərində həyata keçirilən monitorinq zamanı bəzi məktəblərdə nəticələrinin zəif olduğunu vurğulayıb. Cari dərs ilində tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə sektor əməkdaşlarına və təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar