Xəbər lenti

Anar Tağıyev səyyar qəbul keçirdi - Fotolar

Tarix: 26-11-2024 23:04     Baxış: 854

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar qəbulunu rayonun Salahlı kənd sakinləri ilə keçirmişdir.

Mubarizciler.az ın məlumatına görə, Salahlı kənd tam orta məktəbində keçirilən səyyar qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin, xidməti təşkilatların rəhbərləri və kənd sakinləri iştirak etmişilər. 

Qəbul zamanı kənd sakinləri müxtəlif məsələləri əhatə edən müraciətlər etmişlər. İcra Hakimiyyətinin Başçısı sakinlərin müraciətlərini həssaslıqla dinləmiş,onları maraqlandıran suallara ətraflı cavab və izahatlar vermişdir. 

Qəbulda səsləndirilən müraciətlərin bir hissəsi yerində həll olunmuş, icrası vaxt və araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar